Zərdabda bədbəxt hadisə: Çoban yükün altında qalaraq öldü

Zərdabda bədbəxt hadisə: Çoban yükün altında qalaraq öldü

Hazırda oxunan: Zərdabda bədbəxt hadisə: Çoban yükün altında qalaraq öldü

197723

Zərdab rayonunda bədbəxt hadisə baş verib.

Bizim.Media xəbər verir ki, rayonun Qoşaoba kəndinin ərazisində H.Həsənovaya məxsus fermada çoban kimi işləyən 45 yaşlı Ceyhun Abdulkərimov aldığı xəsarətlərdən ölüb.

Belə ki, Ağdaş rayon sakini İ.İbrahimov “Kamaz” markalı yük maşını ilə hərəkət edərkən yük yerində olan inşaat materialları çoban Kotanarx kənd sakini C.Abdulkərimovun üzərinə aşıb.

Xəstəxanaya yerləşdirilmiş C.Abdulkərimov tibbi yardıma baxmayaraq vəfat edib.

Faktla bağlı araşdırmalar aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO