Macarıstanlı deputatlar Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdilər

Macarıstanlı deputatlar Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdilər

Hazırda oxunan: Macarıstanlı deputatlar Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdilər

197691

Fides-Macar Vətəndaş İttifaqı Partiyasının üzvü, Macarıstan Milli Assambleyasının Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Attila Tilkinin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 17-də Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə gül dəstələri düzüb.

Bizim.Media xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Macarıstan-Azərbaycan dostluq qrupunun üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər.

Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər güllər qoyulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO