Ağalıda səyyar çadır quruldu - FOTO/VİDEO

Ağalıda səyyar çadır quruldu - FOTO/VİDEO

Hazırda oxunan: Ağalıda səyyar çadır quruldu - FOTO/VİDEO

197622

Ağalı sakinləri ikinci ildir Qurban bayramını böyük ruh yüksəkliyi ilə öz doğma yurdlarında qeyd edir. Bu il də kənd ərazisində qurbanlıq heyvanların kəsilməsi üçün səyyar çadır məntəqəsi qurulub.

Bizim.Media  xəbər verir ki, Ağalı sakinləri də bu il qurbanlıq heyvanlarını öz doğma yerlərində kəsiblər. Kənddə kəsim və satışın norma və qaydalara uyğun həyata keçirilməsi üçün səyyar çadır məntəqəsi qurulub.

Çadır məntəqədə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanların əhaliyə təqdim olunması üçün lazımı şərait yaradılıb.

Qeyd edək ki, Qurban bayramın müvafiq norma və qaydalar çərçivəsində təşkilinə dəstək verən nəzarət tədbirlərinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində müvafiq qurumlarla birgə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.
 



Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO