Oğuzda avtomobil 53 yaşlı velosipedçini vurub - FOTO

Oğuzda avtomobil 53 yaşlı velosipedçini vurub - FOTO

Hazırda oxunan: Oğuzda avtomobil 53 yaşlı velosipedçini vurub - FOTO

197506

Oğuzda velosipedçinin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Bucaq kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Şirvanlı kənd sakini, 1971-ci il təvəllüdlü Rəhim Kərim oğlu Cəfərov velosipedlə hərəkətdə olarkən minik avtomobil onu vurub.

Ağır xəsarətlər alan 53 yaşlı R.Cəfərov əvvəlcə Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin vəziyyəti ağır olduğundan sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO