“Ötən ili 2022-ci illə müqayisə etsək, deyə bilərik ki, hotellərdə doluluq 63% artıb, gündəlik səfər edənlərin sayında isə 33% artım müşahidə olunub”.
Bizim.Media xəbər verir ki, bunu Şahdağ Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov bu gün keçirilən mətbuat konfransında deyib.
R.Nəcəfov qeyd edib ki, 2023-cü ildə 75 min 150 nəfər otellərdə qonaqlanıb, 160 min nəfərdən çox ziyarətçi isə Şahdağa gündəlik təşrif buyurub:
“2024-cü illə 2023-cü ilin ilk 6 ayını müqayisə etsək, hazırda oteldə qalan qonaqların sayında 85% artım var. Kompleksə gündəlik səfər edənlərin sayında isə 103% artım var. Bu o deməkdir ki, biz artıq məqsədimizə gəlib çatır, qeyri-mövsüm anlayışını uzaqlaşdırmağa başlayırıq. Qeyd edim ki, qış mövsümündən sonra otellərdə doluluq davam edib.
Bu o deməkdir ki, Şahdağ potensial bazar ölkələrinin siyahısında görməli yerə çevrilib. Qeyri-mövsüm zamanı, yəni aprel-may aylarında ilk növbədə Hindistandan gələn turistlərin sayında artım olub. Bu da sözsüz ki, Dövlət Turizm Agentliyinin Azərbaycan Turrizm Bürosunun gördüyü işlər əsasında baş verib”.
Babək Göyüş, Bizim.Media