Səlim Müslümovun “ƏLİLLİK BİZNESİ”: “Məmurlar niyə cəzalandırılmır” – Qubad İbadoğlu

Səlim Müslümovun “ƏLİLLİK BİZNESİ”: “Məmurlar niyə cəzalandırılmır” – Qubad İbadoğlu

Hazırda oxunan: Səlim Müslümovun “ƏLİLLİK BİZNESİ”: “Məmurlar niyə cəzalandırılmır” – Qubad İbadoğlu

19743

“Səlim Müslümov  22 oktyabr  2013-cü ildən 21 aprel  2018-ci ilədək Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olub. Foto bölməsindəki cədvələ  hər 10000 nəfərə düşən ilkin əlil təyinatı alanların sayında dəyişikliyin müsbət trendinə diqqət edin, görəcəksiniz ki, onun nazir olduğu dövrdə əlillərin sayında əhəmiyyətli artım baş verib”.

Bizim.Media xəbər verir ki, bu sözləri iqtisadçı Qubad İbadoğlu özünün Facebook səhifəsində yazıb.

“Əlillik dərəcəsi alanların hamısı dövlətin sosial müdafiə proqramından yararlanıb, onlara ya pensiya, ya da müavinət verilib. Məsələ burasındadır ki, əlilliyi olmayanların əlillik dərəcəsi alıb, əlilliyi olanlar isə əlillik dərəcəsi almaqda çətinliklərlə qarşılaşıb, onlar həmin dövrdə bu hüquqdan istifadə edib, sosial müdafiə proqramlarından yararlana bilməyib. Hazırda bu səbəbdən bütün əlillər yenidən, özü də 3-4 pilləli yoxlanışlardan keçirilir və bu dövrdə onlara ödənişlər dayandırılır. Yenidən yoxlama və əlillik dərəcəsi təyinatının verilməsi aylarla çəkir.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri bildirib ki, “2021-ci ilin I rübünün nəticələrinə əsasən, əlillik müddətinin uzadılmasına dair təkrar müraciətlərə baxıldığı zaman aşkar olunub ki, bu kateqoriyadan olan şəxslərin təqribən 30 faizinin əlilliyi əsassızdır. Ona görə də qarşıda duran əsas prinsip saxta və əsassız təyinatların aşkar edilərək ləğv olunmasıdır”. 

Heç kəs cəzalanmadan saxta əlillik ləğv edilir, onlara ödənilən pullar geri qaytarılır, bəs gerçək əlillərə necə əlillik dərəcəsi düzgün verilirmi? 

Əlilliyinin yoxlanılması dövründə (bu dövr aylarla çəkir) gerçəkdən əlil olanların itirdikləri pensiya və ya müvainətlərin ödənişi dayandırılır. Pensiyası və müavinəti kəsilən gerçəkdən əlil olanlar bu dövrdə nəylə dolanmalıdır? Bu barədə hökümətdə  düşünən varmı?”, deyə o, qeyd edib.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO