Şübhəsiz ki, qarşıdakı dövrdə Zəngəzur dəhlizinin reallaşdırılması və Orta dəhlizin inkişaf etdirilməsi türk dövlətlərinin yeni çoxtərəfli əməkdaşlıq platformasında bir araya gəlməsini, türk dünyasında kommunikasiya və inteqrasiyanın güclənməsini də şərtləndirəcək.
Bizim.Media xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Şuşada keçirilən “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 3 il öncə bu gün - 2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması təkcə iki qardaş ölkə arasında əlaqələrin strateji tərəfdaşlıqdan müttəfiqlik zirvəsinə yüksəlməsi ilə əlamətdar deyil, eyni zamanda, regionda və bütövlükdə türk dünyasında sabitlik, rifah və inkişaf üçün əlverişli zəmin yaradıb.
T.Budaqov bildirib ki, hazırda Cənubi Qafqazın lider dövləti olan, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində Avrasiyanın mühüm tranzit qovşağına çevrilən Azərbaycanın fəal təşəbbüsləri Türk dünyasında dövlətlərarası münasibətlərin yüksələn xətt üzrə inkişafına xidmət etməklə yanaşı, gələcəyə hesablanmış yeni perspektivlər də yaradır.
“Postmüharibə dövründə kommunikasiyaların bərpası ilə əlaqədar ölkəmizin nümayiş etdirdiyi geosiyasi iradə bu kontekstdə xüsusi qeyd edilməlidir. Şübhəsiz ki, qarşıdakı dövrdə Zəngəzur dəhlizinin reallaşdırılması və Orta dəhlizin inkişaf etdirilməsi türk dövlətlərinin yeni çoxtərəfli əməkdaşlıq platformasında bir araya gəlməsini, türk dünyasında kommunikasiya və inteqrasiyanın güclənməsini də şərtləndirəcək. Bütün bunlar isə nəticədə yeni dünya nizamı şəraitində Avrasiyada, o cümlədən Türk dünyasında geosiyasi fəallığın artmasına təkan verəcək, uzunmüddətli hədəflərə nail olmağa real zəmin yaradacaq”.
YAP sədrinin müavini qeyd edib ki, təqdirəlayiq haldır ki, Türk Dövlətləri Təşkilatında birləşən dost ölkələr siyasi, mədəni, humanitar sferada, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm, ekologiya sahələrində işbirliyi ilə yanaşı, təhlükəsizlik və müdafiə məsələlərini də xüsusi diqqət mərkəzində saxlayırlar: “Fəal siyasi dialoq şəraitində iqtisadi əlaqələrin genişləndirilməsi isə başlıca strateji hədəflərdən biri kimi böyük əhəmiyyət daşıyır”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:38 / 15.06.2024
Tahir Budaqovdan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Tahir Budaqovdan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Tahir Budaqovdan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
197400
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.