700 bal toplayan Zərifə:

700 bal toplayan Zərifə: "Nəticəni gördükdən sonra sevincimdən ağladım” - FOTO

Hazırda oxunan: 700 bal toplayan Zərifə: "Nəticəni gördükdən sonra sevincimdən ağladım” - FOTO

197354

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə 2 iyun 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib. 

Bizim.Media xəbər verir ki, Şəki şəhər 18 saylı orta məktəbin məzunu Zərifə Elmaz qızı İlyasova I qrup üzrə hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb.

Respublika üzrə ən yüksək bal toplayan Zərifə təəssüratlarını Redaktor.az-la bölüşdü:

“Əslində aşağı siniflərdən 700 balı qarşıma hədəf qoydum ki, 11-ci sinfə çatanda bu nailiyyəti əldə edə bilərəm. Ən aşağı 690-dan çox bal yığacağıma inanırdım. İyunun 2-i imtahan oldu. İmtahandan çıxdıqdan sonra sualları yoxladım. Gördüm ki, cavabların hamısı doğrudur. Artıq onda bu nəticəni gözləyirdim, amma hələlik cavablar çıxmadığına görə, tam da arxayın olmaq istəmədim. Bütün fənlərdən özümə inanırdım. Hamısına eyni dərəcədə hazırlaşdım. Bir neçə dəqiqə öncə cavablar çıxdı. Nəticəni gördükdən sonra sevincimdən ağladım”.

Zərifə hansı ali məktəbi və ixtisası seçəcəyini də bildirdi:

"Təhsilimə ADA Universitetinin Riyaziyyat ixtisasında davam etmək istəyirəm. Xaricdə təhsil imkanları olduğuna görə də, elə seçimim bu universitet olacaq”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO