Magistraturaya ixtisas seçimi başlayır – BU TARİXDƏN  

Magistraturaya ixtisas seçimi başlayır – BU TARİXDƏN  

Hazırda oxunan: Magistraturaya ixtisas seçimi başlayır – BU TARİXDƏN  

197284

“Magistr" jurnalının 4-cü nömrəsində 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul üçün ixtisaslaşma seçimi haqqında elan dərc olunur. 

Bu barədə Bizim.Media-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, bu nömrədə həmçinin “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaların seçimi vә tәsdiqi üçün tәlimat, elektron ərizə formasının nümunəsi, müsabiqə şərtləri, ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmalar üzrə qəbul planı və dövlət sifarişi ilə qəbulun proqnozu təqdim olunur. 
Bakalavrların nəzərinə çatdırılıb ki, həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul elanı və qəbul planı bir jurnalda – Azərbaycan dilində dərc edilir. 

Jurnalı 20 iyun saat 10:00-dan etibarən DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkün olacaq. 

Qeyd edilib ki, ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi iyunun 21-dən 30-dək aparılacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO