Su basmış rayonlarımızda son vəziyyət necədir? - VİDEO

Su basmış rayonlarımızda son vəziyyət necədir? - VİDEO

Hazırda oxunan: Su basmış rayonlarımızda son vəziyyət necədir? - VİDEO

197121

İntensiv yağışlar nəticəsində Yevlax və Mingəçevir şəhərlərində su basmış ərazilərdə köməksiz vəziyyətdə qalan insanların təxliyəsi və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsinə başlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, ötən gündən başlayaraq nazirliyin qüvvələri tərəfindən fasiləsiz tədbirlər həyata keçirilir və bu istiqamətlərdə bir çox yerlərdə suyun çəkilərək kənarlaşdırılmasına nail olunub.

Hazırda bəzi ünvanlarda suçəkmə işləri davam etdirilir.

Həmçinin güclü yağıntılar səbəbindən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən Nohur gölünün daşma riski nəzərə alınaraq hazırda nazirliyin Şimal-qərb Regional Mərkəzinin qüvvələri tərəfindən göldə suyun səviyyəsinin endirilməsi və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.
 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO