II və III ixtisas qrupları üzrə imtahanda BU ŞAGİRDLƏR fərqləndilər - FOTO

II və III ixtisas qrupları üzrə imtahanda BU ŞAGİRDLƏR fərqləndilər - FOTO

Hazırda oxunan: II və III ixtisas qrupları üzrə imtahanda BU ŞAGİRDLƏR fərqləndilər - FOTO

196858

Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə 26 may 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

Bizim.Media xəbər verir ki, DİM bu imtahanlarda hər iki ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən abituriyentlərin adını açıqlayıb.

Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 394.0 bal toplayan Bakı şəhər Humanitar fənlər təmayüllü məktəb-liseyin məzunu Turan Anar oğlu Əliyev göstərib.

O, imtahanın birinci mərhələsində 281,7 bal toplayıb. Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 693,9 bal toplayan Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Şəbnəm Ramin qızı Novruzova göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 393,9 bal toplayıb.

Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 397.0 bal toplayan Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu Zeynəb Hünər qızı Hacıyeva göstərib. O, imtahanın birinci mərhələsində 290.0 bal toplayıb. Hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 692.5 bal toplayan M.Ələkbərov adına Tovuz şəhər məktəbinin məzunu İlahə Rəşad qızı Məhərrəmzadə göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 392,5 bal toplayıb.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO