Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda qızıl-zinət əşyalarının gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Bizim.Media-ya bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşları (bir ailənin üç üzvü) “yaşıl kanal” vasitəsilə hava limanını tərk edərkən əl yüklərinə baxış keçirilməsi üçün inzibati binaya dəvət olunublar.
Gömrük baxışı zamanı, ailə başçısına məxsus iki ədəd çemodan və bir ədəd bel çantasından gömrük orqanlarına bəyan edilməyən, xalis çəkisi 18 kiloqram 97 qram olan qızıl-zinət əşyaları aşkar edilib.
İlkin araşdırma zamanı məlum olub ki, maddi təminat qarşılığında bir ailə külli miqdarda qızıl-zinət əşyalarını ölkəmizin gömrük sərhədindən qanunsuz keçirməyə sövq ediblər.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, 2023-cü il və 2024-cü ilin cari dövrü ərzində gömrük orqanları tərəfindən qızıl-zinət əşyalarının və qiymətli daşların gömrük sərhədindən qanunsuz keçirilməsi üzrə 51 fakt aşkar edilib.
Bu faktlar üzrə hüquqpozma predmeti kimi 54 kiloqrama yaxın qızıl-zinət əşyaları və qızıl külçələrin, 613 karatdan çox qiymətli daşların qanunsuz keçirilməsinin qarşısı alınıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:03 / 11.06.2024
İstanbuldan qanunsuz yolla külli miqdarda qızıl-zinət əşyası gətirən ailə SAXLANILDI - FOTO
Hazırda oxunan: İstanbuldan qanunsuz yolla külli miqdarda qızıl-zinət əşyası gətirən ailə SAXLANILDI - FOTO
Hazırda oxunan: İstanbuldan qanunsuz yolla külli miqdarda qızıl-zinət əşyası gətirən ailə SAXLANILDI - FOTO
196830
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.