Kəmaləddin Heydərov yaralanan hərbçiyə

Kəmaləddin Heydərov yaralanan hərbçiyə "mayor" rütbəsi VERDİ - FOTO

Hazırda oxunan: Kəmaləddin Heydərov yaralanan hərbçiyə "mayor" rütbəsi VERDİ - FOTO

196792

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin pirotexnik və istehkam hazırlığı şöbəsinin rəisi kapitan Süleyman Heydərova vaxtından əvvəl “mayor” hərbi rütbəsi verilib.

 

Bu barədə Sfera.az-a FHN-dən məlumat verilib.

 

Qeyd olunub ki, həmçinin S.Heydərov “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub.

 

Belə ki, bu gün fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Süleyman Heydərovla görüşüb. Görüşdə rütbə və medal S.Heydərova təqdim edilib.

 

Xatırladaq ki, S.Heydərov Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO