İldırım vurması nəticəsində həlak olan əsgərimiz Gəncədə dəfn edildi – FOTO  

İldırım vurması nəticəsində həlak olan əsgərimiz Gəncədə dəfn edildi – FOTO  

Hazırda oxunan: İldırım vurması nəticəsində həlak olan əsgərimiz Gəncədə dəfn edildi – FOTO  

196612

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində iyunun 9-da ildırım vurması nəticəsində həlak olan hərbçisi, əsgər, 2005-ci il təvəllüdlü Əli Elşən oğlu Nağıyevlə Gəncə şəhərində keçirilən vida mərasimi başa çatıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhidin nəşi torpağa tapşırılması üçün Gəncə şəhər Şəhidlər Xiyabanına gətirilib. 

Dəfn mərasimində şəhidin yaxın qohumları və doğmaları ilə yanaşı şəhər ictimaiyyətinin nümayəndələri də iştirak edib. 

Xatırladaq ki, DSX-nin Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxış Elşən oğlu Baxışlı və əsgər Əli Elşən oğlu Nağıyev dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində həlak olublar. 
















Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO