Vətən müharibəsi qazisi döyüldü - 2 nəfər SAXLANILDI 

Vətən müharibəsi qazisi döyüldü - 2 nəfər SAXLANILDI 

Hazırda oxunan: Vətən müharibəsi qazisi döyüldü - 2 nəfər SAXLANILDI 

196598

Qusarda Vətən müharibəsi qazisini döyən 2 nəfər polis tərəfindən saxlanılıb. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Qusar şəhərində yerləşən kafedə şəhər sakinləri Samir Qaçayev və Teyfur Xankişiyevin xuliqanlıq zəminində oranın icarədarı Mucuq kənd sakini 1991-ci il təvəllüdlü 2-ci Qarabağ müharibəsi qazisi Ruslan Kübərovu döyərək xəsarətlər yetirməsi müəyyən edilib.

Hər iki şəxs artıq saxlanılıb. 

Qeyd edək ki, R.Kübarov Vətən müharibəsindən sonra “Cəbrayıl”ın, “Füzuli”nın, “Kəlbəcər”in, “Şuşa”ın azad edilməsinə görə medalları, həmçinin “Hərbi Xidmətdə Şücaətə” görə medalı  ilə təltif edilib. 
Qazi xəstəxanaya yerləşdirilib. Hadisə vaxtı kafedə baş vermiş mübahisənin Qusar Rayon Mərkəzi Xəstəxanasında da davam etdirildiyi bildirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO