Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat edən əsgər, 2005-ci il təvəllüdlü Əli Elşən oğlu Nağıyevin nəşi doğulub boya başa çatdığı Gəncə şəhərinə gətirilib və ailəsinə təhvil verilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bir neçə saatdan sonra Yeni Gəncə qəsəbəsində, yaxınlarının yaşadığı evin önündə vida mərasimi başlayacaq.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu