Beyləqanda kibercinayətkarlıq hallarının qarşısının alınması məqsədilə maarifləndirmə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları kiber üsullardan istifadə edilməklə törədilən cinayətlər barədə sakinlərə ətraflı məlumatlar veriblər.
Cinayət əməli törədənlərin qurbanına çevrilməmək üçün şübhəli linklərə keçid etməməyi, şəxsi və bank kartı məlumatlarını digər şəxslərə ötürməməyi bir daha diqqətə çatdırıblar.
Əhalinin sıx olduğu ərazilərdə, bankomat və ödəmə terminallarının ətrafında xəbərdaredici lövhələr yerləşdirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:49 / 09.06.2024
Kiber cinayətlər barədə sakinlərə məlumat verildi - FOTO
Hazırda oxunan: Kiber cinayətlər barədə sakinlərə məlumat verildi - FOTO
Hazırda oxunan: Kiber cinayətlər barədə sakinlərə məlumat verildi - FOTO
196418
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.