"Dərnəgül" metro stansiyasının yaxınlığındakı parkda skamyalar yoxa çıxıb - VİDEO

Hazırda oxunan: "Dərnəgül" metro stansiyasının yaxınlığındakı parkda skamyalar yoxa çıxıb - VİDEO

196413

Paytaxtın daha bir yaşıllıq ərazisində sakinlərin istirahəti üçün qoyulmuş skamyalar yoxa çıxıb.

Bizim.Media xəbər verir ki, Binəqədi rayon 7-ci mikrarayon ərazisindəki parkda da indi vəziyyət təqribən belədir.

Metronun "Dərnəgül" stansiyasının yaxınlığında salınmış, gediş gəlişin gur olduğu bir ərazidə yerləşən mini park bir neçə il əvvəl salınıb. İlk vaxtlar burada çox sayda skamyalar qoyulub. Lakin sonradan yoxa çıxıb.
Parkda yaranmış vəziyyət sakinlərin ürəyincə deyil. Parkdakı oturacaqlar ərazidən götürüləndə sakinlərə yenisi ilə əvəzlənəcək vədi verilib.

Mövcud vəziyyətlə bağlı Binəqədi rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ araşdırıldıqdan sonra məlumat veriləcək və aidiyyəti üzrə tədbirlər görüləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO