Naomi Kempbell övladları ilə bağlı sirri AÇIQLADI – FOTO

Naomi Kempbell övladları ilə bağlı sirri AÇIQLADI – FOTO

Hazırda oxunan: Naomi Kempbell övladları ilə bağlı sirri AÇIQLADI – FOTO

196324

Dünyaca məşhur “Qara pantera” ləqəbli supermodel Naomi Kempbell ilk dəfə övladlarının surroqat ana sayəsində dünyaya gəlməsi haqda müsahibə verib.

Bizim.Media xəbər verir ki, bu haqda model “Times” nəşrinə müsahibəsində söz açıb.

“Surroqat ana vasitəsi ilə uşaqlar dünyaya gəlib?” sualına Kempbell “bəli” deyə cavab verib.
Podium ulduzu həmçinin bildirib ki, qızı 2021-ci ilin mayında, oğlu isə 2023-cü ilin iyununda dünyaya gəlib.

Lakin Naomi uşaqların adlarını açıqlamayıb.

Kempbell analıq haqqında fikirlərini də bölüşüb:

“Mən dəfələrlə eşitmişəm ki, qızlar uşaq istəmirlər və mən həmişə deyirəm ki, “bu fikrinizi dəyişəcəksiniz”. Siz ana olmaq istəyəcəksiniz. Başa düşürəm ki, bu, maddi cəhətdən bahadır. Amma məsələn, mənim anam da zəngin deyildi, amma buna baxmayaraq o ana olmağı bacardı. Buna dəyər”.

Supermodel qeyd edib ki, uşaqları onu çox düşünməyə vadar edir:

“Uşaqlarım mənim üçün hər şeydir və bu, məni qorxudur. Uşaqlarım üçün daha yaxşı bir dünya istəyirəm. Uşaqlar mənim prioritetimin 110 faizidir. Bu dünyanı dəyişmək istəyiriksə, gənc nəslə etibar etməliyik”.

Naomi Kempbell övladlarını tək böyüdür – müsahibəsində özünü “tək ana” adlandırır. Uşaqların atası (və ya ataları) haqqında heç nə məlum deyil. Bəziləri Naominin donorların xidmətinə müraciət etdiyindən şübhələnirlər. Ancaq Lenni Kravitzin Naominin qızının xaç atası olduğu məlumdur.

Əvvəllər supermodelin bir sıra romantik münasibətləri olub. O, bir müddər rusiyalı milyarder Vladislav Doroninlə görüşüb. Hazırda isə onun həyatında kiminsə olub-olmadığı məlum deyil.















Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO