Türkiyənin 2-ci astronavtı kosmosa Azərbaycan bayrağı ilə uçacaq - VİDEO

Türkiyənin 2-ci astronavtı kosmosa Azərbaycan bayrağı ilə uçacaq - VİDEO

Hazırda oxunan: Türkiyənin 2-ci astronavtı kosmosa Azərbaycan bayrağı ilə uçacaq - VİDEO

196239

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın “Spaceport” (Nyu-Meksiko ştatı) kosmodromundan suborbital uçuşa hazırlaşan Türkiyə tarixində ikinci astronavt Tuva Cihangir Atasever ilə canlı bağlantı vasitəsilə söhbətləşib.

Bizim.Media xəbər verir ki, Ərdoğan astronavtın geyimindəki Azərbaycan və Türkiyə bayraqlarına diqqət çəkib.

“Bir tərəfində Türkiyə, digər tərəfində isə ananın azərbaycanlı olmasının da səbəbiylə Azərbaycan bayraqları ilə kosmosda iki qardaşı təmsil edəcəksən. “Bir millət, iki dövlət” qavramı ilə bu səyahəti uğurla həyata keçəcəyinə əminəm”, - deyə Türkiyə lideri qeyd edib.

Atasever isə Azərbaycan və Türkiyə bayraqlarının Yer kürəsində daima yan-yana olduğu kimi, onun kosmosa səyahətində də yan-yana sinəsi üstündə yerini alacaqlarını bildirib.
Qeyd edək ki, iyunun 8-də ABŞ-nin “Spaceport” (Nyu-Meksiko ştatı) kosmodromundan suborbital uçuşa hazırlaşan Türkiyə tarixində ikinci astronavt Tuva Cihangir Atasever Türkiyə və Azərbaycan bayraqlarının işləmələri olan forma geyinəcək.

Xatırladaq ki, Türkiyənin ilk astronavtı Alper Gezeravcı bu il yanvarın 18-də kosmosa ilk uçuşunu edib.
 



Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO