Alimpaşa Məmmədovun məhkəmə istintaqı başa çatdı, ona son sözünü demək üçün VAXT VERİLDİ

Alimpaşa Məmmədovun məhkəmə istintaqı başa çatdı, ona son sözünü demək üçün VAXT VERİLDİ

Hazırda oxunan: Alimpaşa Məmmədovun məhkəmə istintaqı başa çatdı, ona son sözünü demək üçün VAXT VERİLDİ

196228

Şəmkir rayonun keçmiş icra başçısı Alimpaşa Məmmədovun Gəncə Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib.

Bizim.Media report-a istinadən xəbər verir ki, məhkəmədə dövlət ittihamçısı yenidən çıxış edərək təqsirləndirilən Alimpaşa Məmmədovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hakimin qərarı ilə Alimpaşa Məmmədovun cinayət işi üzrə yenilənmiş məhkəmə istintaqı başa çatıb.
Vəkillərin xahişi ilə hakim Alimpaşa Məmmədovun son söz deməsi üçün oktyabrın 3-nə kimi vaxt verib.

Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO