Qurban bayramından əvvəl oruc TUTULMALIDIR?

Qurban bayramından əvvəl oruc TUTULMALIDIR?

Hazırda oxunan: Qurban bayramından əvvəl oruc TUTULMALIDIR?

196138

İslam dinində vacib olan iki böyük bayramdan biri olan müqəddəs Qurban bayramına sayılı günlər qalıb. Ramazan kimi Qurban bayramının da xüsusi bir hikməti var. Bu gün insanlar daha səxavətli olmalı, imkanlılar imkansızları sevindirməlidir. 

Hər bir imkanı olan şəxs qurban kəsməyə borcludur. Kəsdiyi qurbanı isə 3 yerə bölməlidir. Bu 3 yerə bölünən qurban ətinin ən vacibi də imkansız şəxslərə paylanılan hissəsidir. Qurban bayramının digər fəzilətləri də var. Hətta bayram öncəsi oruc tutmaq da müstəhəbdir. 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan bildirib ki, Qurban bayramından əvvəl tutulan oruc Zilhiccə ayının ilk 9 günündə olur:
 

MÖVZU İLƏ BAĞLI:

Qurban kəsmək MƏCBURİDİRMİ? – İlahiyyatçıdan AÇIQLAMA 


“Bu müddət ərzində müsəlmanlar gün ərzində yemək-içməkdən çəkinirlər. Bunun da izahı odur ki, oruc tutan hər bir kəs aclığın mahiyyətini daha dərindən dərk etsin və heç olmasa bayramda ətrafındakı kasıblara dəstək olsun. Amma bayram günü oruc tutmaq olmaz. İslam təqviminin sonuncu ayı Zilhiccə ayı iyunun 7-də başlayacaq. 

Bu ayın ilk 9 günü müsəlmanlar üçün çox önəmlidir, çünki onlar İslamda ən mühüm bayramlardan biri - Zilhiccə ayının 10-cu günü qeyd olunan Qurban bayramından əvvəldir. Bu müddət ərzində 9 günlük oruc tutmaq tövsiyə olunur. 

2024-cü ildə bayram iyunun 7-də (ayın 1-i) başlayacaq və Ərəfə günü xüsusi oruc tutmaqla iyunun 15-də başa çatacaq. Növbəti gün, iyunun 16-da dindarlar Qurban bayramını qeyd edəcəklər.

Zilhiccə ayının ilk 9 günündə oruc tutmaq vacib yox, müstəhəbbdir. Məhəmməd peyğəmbər (s.ə.s) buyurur ki, bu on gündə təqvalı əməllər Allah tərəfindən daha çox sevilir. Həcc ibadətinə hazırlıq qəbilindən bu oruc önəmlidir. 

Bu oruc da digər oruclar kimidir. Yəni Ramazanda nədən çəkiniriksə, bu zaman da onlardan çəkinmək lazımdır. Yemək, içmək, intim münasibət kimi əməllərə yol verilmir. Eynən Ramazan ayında olduğu kimi”.

Kimlər oruc tutmaya bilər?

İlahiyyatçı qeyd edib ki, hamilə və laktasiya edən qadınlar, uşaqlar, səyahətçilər, xroniki xəstəlikləri olan insanlar və oruc zamanı xəstələnənlər oruc tutmaya bilərlər:

“Bundan əlavə, təkcə gün ərzində yeyib-içməkdən deyil, ümumiyyətlə İslamda icazə verilməyən bütün pis vərdişlərdən də çəkinmək vacibdir. Ancaq müsəlmanlara bayram günlərində oruc tutmaq qadağandır. Zilhiccə ayının 9-na uyğun olan Ərəfə günündə Ərəfat dağında möminlər bir gün oruc tuturlar. 

Bu il Ərəfə günü iyunun 15-nə düşür. Bu gün Həcc ziyarətinə gedən zəvvarlar Ərəfat dağına toplaşırlar. Onlar bu gündə oruc tutmaya bilərlər, lakin digər müsəlmanların oruc tutmaları məsləhətdir. Ərəfə günü oruc tutmaq sübhdən gün batana qədər yemək və içməkdən çəkinməyi nəzərdə tutur. Alkoqol və tütün məmulatlarının istehlakı da qadağandır. İntim münasibət və orucu pozan başqa işləri də etmək olmaz. Bu günü dualara və Quran oxumağa həsr etmək daha yaxşıdır.

Məhəmməd Peyğəmbər (s.ə.s) Ərəfə günü orucunun keçmiş və gələn ilin günahlarına kəffarə olduğunu deyib: 

“Kim Ərəfə günü oruc tutarsa, Adəmdən (ə) Sur çalınana qədər yer üzündə yaşayanların sayının iki qatı qədər savab yazılar.”

Oruc tutmaq ümumiyyətlə insanın cismani və ruhani, mənəvi  paklığına səbəb olur. O baxımdan bir çox vacib və önəmli işlərdən əvvəl müstəhəb oruc tutmaq tövsiyə olunub. Həmçinin Həcc ziyarətindən əvvəlki qeyd edilən bu günlərdə oruc tutmaq da dində tövsiyə edilən əməllərdəndir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO