“Bir ölkədə iki səhiyyə qurumu ola bilməz” – Deputatdan ETİRAZ

“Bir ölkədə iki səhiyyə qurumu ola bilməz” – Deputatdan ETİRAZ

Hazırda oxunan: “Bir ölkədə iki səhiyyə qurumu ola bilməz” – Deputatdan ETİRAZ

19593

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsininn üzvü Razi Nurullayev ARB kanalındakı canlı yayında qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Səhiyyə Nazirliyinin müavinlərinin sayı 5-ə çatdırıldı


Deputat deyib ki, bu gün fəaliyyət göstərən 3 tibb qurumunun - Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyinin səlahiyyətləri çərçivəsinin harada bitdiyi izah olunmalıdır:

“İnsanların düşüncələri bu idi ki, tibblə bağlı inqilabi dəyişikliklər olacaq, hər kəs də razı qalacaq. Axı bu baş vermir? Düşünmürəm ki, orada başqa bir kordinasiya var. Bəlkə də birincilik uğrunda, kim çox xidmət edəcək, o da hörmət qazanacaq yarışı gedir. Bu da təbiidir.

Burada nə Səhiyyə Nazirliyini, nə də Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyini (TƏBİB) günahlandırmaq olar. Fakt odur ki, iki səhiyyə qurumu var və bir-birlərinin fəaliyyətlərini paralel şəkildə təkrarlayırlar. Mənə müraciət edən çox insan problemləri ilə bağlı üç qurumdan konkret hansına üz tutmalı olduqlarını bilmirlər.

Məsələn, özüm bir neçə dəfə Səhiyyə Nazirliyinə müraciət etmişəm. Mənə cavab gəlib ki, TƏBİB-ə, yaxud İcbari Tibbi Sığorta Agentliyinə müraciət etməlisiniz. O demək deyil ki, savadsızam, dümyagörüşüm yoxdur və ya qanunları oxumuram. Amma hər dəfə bir məktub yazanda qanunları oxuyub, əzbərləmək səlahiyyətim də yoxdur”. 

Deputat əlavə edib ki, hər bir vətəndaşa kimin səlahiyyətinin çərçivəsinin harada bitməsi çox sadə dildə izah olunmalıdır:

“Bir ölkədə iki səhiyyə qurumu olmamalıdır. Hesab edirəm ki, problem bir daha ciddi müzakirə olunar və konkret qərar qəbul edilər”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO