Məktəbli 6 manat borca görə tanışının burnunu sındırdı

Məktəbli 6 manat borca görə tanışının burnunu sındırdı

Hazırda oxunan: Məktəbli 6 manat borca görə tanışının burnunu sındırdı

195890

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Nahid Qafarovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilən yetkinlik yaşına çatmayanları nəzarət altına vermə qətimkan tədbiri ləğv edilib.

İttihama görə, hadisə 2023-cü ildə Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Parkda yerləşən “Gəncə ocağı” adlı restoranın qarşısında qeydə alınıb.

Belə ki, həmin vaxt Xırdalanda yerləşən məktəblərin birində 10-cü sinifdə oxumuş Nahid Qafarov tanışı, onunla eyni məktəbdə oxuyan zərərçəkmiş Namiq Fərəcovla (şərti) mübahisə edib.
Mübahisəyə səbəb isə zərərçəkmişin ondan digər gül satan tanışlarından aldığı gülə görə borclu qaldığı 6 manatı ödəməsini tələb etməsi olub. Bu zaman o, xuliqanlıq niyyəti ilə Namiqin başını əli ilə aşağı əyib bir dəfə dizi ilə sifətindən vuraraq onun burun sümüyünün sındırıb. Hadisədən sonra Nahid Qafarov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO