Səbuhi Rəcəb bu dəfə dünya çempionu ilə birgə ittiham olunur

Səbuhi Rəcəb bu dəfə dünya çempionu ilə birgə ittiham olunur

Hazırda oxunan: Səbuhi Rəcəb bu dəfə dünya çempionu ilə birgə ittiham olunur

195713

Dələduzluqda təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Azərbaycan Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti, idmançı Səbuhi Rəcəbə qarşı yeni cinayət işi başlanıb.

Bizim.Media qafqazinfo-ya istinadən xəbər verir ki, idmançı bu dəfə də dələduzluqda ittiham olunur.

Səbuhi Rəcəb bir müddət əvvəl dələduzluğa görə həbs edilmiş kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyevin işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib. İş üzrə 8 nəfər zərərçəkmiş qismində tanınıb. S.Rəcəb və E.Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-təkrar törədildikdə) maddəsi ilə ittiham verilib.

İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, S.Rəcəb bundan əvvəl 3 nəfərə qarşı dələduzluqda ittiham olunurdu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun hökmü ilə ona 7 il 6 ay azadlıqdan məhrum etmə cəzası verilib. Bu dəfə də onun işi təsadüfən hakim Ə.Məmmədovun icraatına verilib. Qanunun tələbinə görə iş ondan alınaraq başqa hakimin icraatına veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO