Xaçmazın Ləcət kənd tam orta məktəbində məzun olmağa hazırlaşan 11-ci sinif şagirdinin sinif yoldaşını bıçaqlaması barədə məlumat vermişdik.
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının cərrah-həkimi Rəcəb Qurbanov Bizim.Media-nın yerli bürosuna bildirib ki, yaralı məktəbli 31 may tarixində saat 23.00 radələrində tibb müəssisəsinə gətirilib və dərhal əməliyyata götürülüb.
MÖVZU İLƏ BAĞLI:
Xaçmazda şagird öz sinif yoldaşını bıçaqladı
Hazırda şagirdin vəziyyəti orta ağır qiymətləndirilir. Faktı Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq bölməsi araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu