Məktəb insanın həyatında unudulmaz izlər buraxır. Xüsusən də yeniyetmə və gənclik çağlarında bir yerdə təhsil aldığın kəslərlə birlikdə sinif otağında keçirdiyin vaxtlar. O xatirələri yeniləmək, keçmişə qayıtmaq üçün A. Nuriyev adına Lerik şəhəri 1 saylı texniki təmayüllü liseyin 2004-cü il məzunları “Son zəng”dən 20 il sonra ilk dəfə görüşüblər.
Bizim.Media xəbər verir ki, görüş doğma məktəbdə baş tutub.
İlk öncə şəhid A. Nuriyevin büstünü ziyarət edən məzunlar daha sonra əvvəlki sinif otaqlarında, parta arxasında əyləşərək məktəb illəri ilə bağlı xatirələrini bölüşüblər.
Səmimi keçən və duyğulu anların yaşandığı görüş zamanı məzunlar Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhramanların və dünyasını dəyişən müəllimlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan liseyin direktoru, əməkdar müəllim Gültəkin Şıxəliyeva məzunların 20 ildən sonrakı görüşünü yüksək dəyərləndirdiyini və liseyin hazırda ən yüksək səviyyədə inkişaf etdiyini, müəllimlərdən Şövkət Tahirova, Nadejda Baxtızina, Təranə Nəhmətova və Xanım Məhərrəmova məzunlara xoş sözlərini bildiriblər. Məzunlardan Arzu Ağayeva, Aynur Əliyeva və Elnur Məmmədov çıxışları zamanı məktəb illəri ilə bağlı xoş xatirələrini bölüşüblər və tədbirin təşkilatçılığına görə liseyin direktoruna və müəllimələrə dərin təşəkkürünü bildiriblər.
Sonda məzunlar xatirə şəkli çəkdiriblər.
Tədbirdən sonra Şəhidlər Xiyabanı ziyarət olunub və görüş süfrə arxasında davam etdirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:50 / 04.06.2024
Lerikdə məzunlar “Son zəng”dən 20 il sonra ilk dəfə görüşdülər – FOTO
Hazırda oxunan: Lerikdə məzunlar “Son zəng”dən 20 il sonra ilk dəfə görüşdülər – FOTO
Hazırda oxunan: Lerikdə məzunlar “Son zəng”dən 20 il sonra ilk dəfə görüşdülər – FOTO
195652
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.