Spirtli içkinin təsiri altında avtomobil idarə edən 23 sürücü saxlanıldı – FOTO/VİDEO  

Spirtli içkinin təsiri altında avtomobil idarə edən 23 sürücü saxlanıldı – FOTO/VİDEO  

Hazırda oxunan: Spirtli içkinin təsiri altında avtomobil idarə edən 23 sürücü saxlanıldı – FOTO/VİDEO  

195651

Binəqədi Rayon İdarəsinin (RPİ) əməkdaşlarının may ayı ərzində keçirdikləri silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 65 fakt aşkarlanıb. 

DİN-dən Bizim.Media-ya verilən məlumata görə, qanunsuz dövriyyədən külli miqdarda müxtəlif növ narkotik maddə və psixotrop maddə çıxarılıb. 

Vətəndaşlarla aparılaran profilaktik tədbirlərin nəticəsi olaraq 8 odlu silah, o cümlədən 4 “Kalaşnikov” avtomatı, 4 “Makarov” tapançası və 81 ədəd patron polis əməkdaşlarına təhvil verilib. 

Binəqədi RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının isə may ayında keçirdikləri tədbirlərlə narkotik vasitə və spirtli içkinin təsiri altında avtomobil idarə edən 23, avtoxuliqanlıq əməlləri törədən 2 sürücü aşkarlanıb.
Tədbirlər zamanı avtomobilin konstruksiyasında dəyişiklik edən 27 sürücü müəyyən edilərək barələrində tədbir görülüb, həmçinin yol polisləri tərəfindən 1 ədəd “Kalaşnikov” avtomatı aşkar olunub. 
 





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO