MEDİA kiberdələduzluqla bağlı ÇAĞIRIŞ ETDİ 

MEDİA kiberdələduzluqla bağlı ÇAĞIRIŞ ETDİ 

Hazırda oxunan: MEDİA kiberdələduzluqla bağlı ÇAĞIRIŞ ETDİ 

195647

“Son günlər elektron informasiya resurslarında auditoriyanı çaşdırmaq məqsədilə yaradılmış hiperlinklər vasitəsilə yalan məlumatların tirajlanması halları müşahidə olunmaqdadır”. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında deyilir. 

"Belə ki, Azərbaycan Respublikasının Prezidentinin adından istifadə olunmaqla hazırlanan saxta müraciətdə istifadəçilərə maddi yardım vəd edilir və elektron hesab yaradaraq qeydiyyatdan keçməklə bu yardımdan faydalanmaq təklif edilir. 
Bildiririk ki, qeyd olunan müraciət bütün dünyada yeni təhdid növü kimi qiymətləndirilən kiberdələduzluq nümunəsidir. 

Azərbaycan vətəndaşlarını, o cümlədən media nümayəndələrini və ictimai fəalları bu kimi hallarla bağlı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyalara qarşı sayıq olmağa çağırırıq", - məlumatda vurğulanır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO