Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi - FOTO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi - FOTO

Hazırda oxunan: Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi - FOTO

195582

Bakının Suraxanı rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib. 

Qeyd olunub ki, “Chevrolet” markalı, 77-AK-984 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cəbrayılov Turan İsrafil oğlu avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. 
Məhkəmənin qərarı ilə T.Cəbrayılovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO