1992-ci ildə itkin düşən daha bir şəhidin kimliyi dəqiqləşdi – FOTO 

1992-ci ildə itkin düşən daha bir şəhidin kimliyi dəqiqləşdi – FOTO 

Hazırda oxunan: 1992-ci ildə itkin düşən daha bir şəhidin kimliyi dəqiqləşdi – FOTO 

195443

1992-ci ildə itkin düşmüş daha bir şəhidimizin kimliyi müəyyən edilib. Söhbət 9 iyun 1971-ci ildə Siyəzən rayonunun Dağ Quşçu kəndində anadan olmuş Rüfət Məmmədhüseyn oğlu Cabbarovdan gedir.

Bu barədə Bizim.Media-nın şimal bürosuna Rüfət Cabbarovun Bakıda yaşayan qardaşı Rasim Məmmədov məlumat verib.

O, Rüfətin Sovet Ordusunda tam xidmət keçdikdən sonra Azərbaycana qayıdıb və Qarabağ müharibəsinə könüllü yollandığını bildirib.
Şəhidin qardaşı qeyd edib ki, Rüfət 1992-ci il oktyabr ayının 4-də Ağdərə-Sırxavənd istiqamətində gedən döyüşlərdə itkin düşüb. 

Mərhum Tərtər rayonu ərazisindəki məzarlıqda naməlum döyüşçü kimi dəfn edilib. Ailə üzvlərindən  götürülən DNT analizinin rəyindən sonra Rüfətin şəxsiyyəti dəqiqləşib. 

Şəhid Rüfət sabah 32 il əvvəl tərk etdiyi Dağ Quşçu kəndində dəfn ediləcək.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO