Tacikistan nümayəndə heyəti Azərbaycan Ordusunun PUA-ları ilə tanış oldular – FOTO  

Tacikistan nümayəndə heyəti Azərbaycan Ordusunun PUA-ları ilə tanış oldular – FOTO  

Hazırda oxunan: Tacikistan nümayəndə heyəti Azərbaycan Ordusunun PUA-ları ilə tanış oldular – FOTO  

195418

Azərbaycan və Tacikistan respublikaları arasında 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən iki ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndələri arasında görüş keçirilib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. 

Qeyd edilib ki, görüşdə qonaqlara HHQ-nin tarixi və fəaliyyəti haqqında geniş brifinq təqdim olunub, 44 günlük Vətən müharibəsində HHQ-nin rolu haqqında məlumat verilib, pilotsuz uçuş aparatlarından istifadəyə dair fikir mübadiləsi aparılıb, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. 

Plana uyğun olaraq, Tacikistan nümayəndə heyəti HHQ-nin hərbi hissələrini və hərbi təhsil müəssisələrini ziyarət edib. 

Tacikistanlı qonaqlara Azərbaycan Ordusunun arsenalında yer alan bəzi pilotsuz uçuş aparatları əyani olaraq göstərilib, qurğuların taktiki-texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO