Şəmkirdə toyda baş verən insidentin detalları AÇIQLANDI

Şəmkirdə toyda baş verən insidentin detalları AÇIQLANDI

Hazırda oxunan: Şəmkirdə toyda baş verən insidentin detalları AÇIQLANDI

195387

Şəmkirdə şadlıq sarayında mübahisə zamanı bıçaq xəsarəti alanın və hadisəni törədənin kimliyi məlum olub. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə rayonun Səməd Vurğun qəsəbəsinin sakini, 1968-ci il təvəllüdlü Mustafa Zeynalovun kəsici-deşici alətlə çiyin nahiyəsinin daxilə keçməyən xəsarət alması barədə məlumat daxil olub.

Araşdırmalar zamanı hadisəni  toy mərasimində zərərçəkənin həmkəndlisi, 2005-ci il təvəllüdlü Qafar Abbasovun törətməsi məlum olub. O, şübhəli şəxs qismində saxlanılıb, araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO