Kürdəmirdə “KamAZ” aşdı - ÖLƏN VAR - FOTO

Kürdəmirdə “KamAZ” aşdı - ÖLƏN VAR - FOTO

Hazırda oxunan: Kürdəmirdə “KamAZ” aşdı - ÖLƏN VAR - FOTO

195294

Kürdəmirdə “KamAZ” markalı yük maşını aşıb.

Bizim.Media xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü 1964-cü il təvəllüdlü Qələndərov İntiqam İsrayıl oğlu Gəncə istiqamətdə hərəkətdə olarkən yük maşınına idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə yol kənarındakı beton lövhəyə çırpılıb, sonra əks yola çıxaraq aşıb.
Hadisə zamanı ağır xəsarət alan İ.Qələndərov təcili-tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO