Adele Trombetta: “Mənə görə gələcəyin kibertəhlükəsizliyi məhz Azərbaycandadır

Adele Trombetta: “Mənə görə gələcəyin kibertəhlükəsizliyi məhz Azərbaycandadır"

Hazırda oxunan: Adele Trombetta: “Mənə görə gələcəyin kibertəhlükəsizliyi məhz Azərbaycandadır"

195150

“Hökumətlər də, şirkətlər də kiber hücumlardan əziyyət çəkirlər. Bəllidir ki, bizim hamımızın mübarizə apardığı düşmən var. Azərbaycan dilində belə deyim var: “Əgər indi toxumu əkməsən gələcəkdə məhsul yığmazsan”.

Bizim.Media xəbər verir ki, bu sözləri "Cisco" şirkətinin baş vitse-prezident Adele Trombetta Bakıda keçirilən III Milli Kibertəhlükəsizlik Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan Konstitusiyasının 42 maddəsi hər kəsin təhsil almaq hüququ ilə bağlıdır:

"Bu hüquq yüz minlərlə şagird və tələbəni Bakı şəhərində birləşdirir. Azərbaycan Respublikası özünün təhsil, biznes sahəsində işini yüksək səviyyədə davam etdirərək Qərb üçün mühüm tərəfdaşa çevrilə bilər. Azərbaycan şairi Məhəmməd Füzuli demişdir ki, heç zaman sərvətinlə öyünmə, uğur qazanmaq istəyirsənsə, təhsil al, öyrənməyə davam et".

O, Azərbaycan hökumətinin ölkəni yüksək səviyyədə kibertəhlükəsizlik, rəqəmsal sahədə inkişaf etdiyini deyib:

"İlk dəfədir Azərbaycana gəlmişəm, bu ölkənin potensialı məni valeh edir. Mənə görə gələcəyin kibertəhlükəsizliyi məhz Azərbaycandadır".

Qeyd edək ki, Bakıda "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş “III Milli Kibertəhlükəsizlik Forumu” keçirilir. Tədbir Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı və "Azerconnect Group"un əsas tərəfdaşlığı ilə baş tutub.

Onu da bildirək ki, Bizim.Media III Milli Kibertəhlükəsizlik Forumunun media tərəfdaşıdır.












Günay Şahmar, Nicat Niftəliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO