Aktrisadan ŞOK AÇIQLAMA: “Kişilər anadan xəyanətkar doğulur”

Aktrisadan ŞOK AÇIQLAMA: “Kişilər anadan xəyanətkar doğulur”

Hazırda oxunan: Aktrisadan ŞOK AÇIQLAMA: “Kişilər anadan xəyanətkar doğulur”

195060

“Hazırda “Xəzər” televiziyasında yayımlanan “Xəyanət” serialında çəkilirəm. Ümumiyyətlə, Azərbaycanda çoxdan serial bazarındayam. Amma bu serialda həm rejissor, həm də aktyor işi yaxşı qurulub, çünki kişi xəyanəti mövzusu xalqımızın yaralı yeridir. Ona görə də serial reytinqlidir”.

Bunu bədii qiraətçi, aktisa, sənətşünaslıq üzrə fəlsəfə doktoru İsmayılova Zülfiyyə Eldar qızı Bizim.Media-ya özəl açıqlamasında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Məhsəti Şairlər Məclisi”nin üzvü Tərxanım Nəsibovanın İMZA günü keçirilib - FOTO


Onun sözlərinə görə, mövzu real həyatda baş verən hadisələrdir:

“Mən hara gedirəmsə, cəmiyyət içərisində oluramsa, mağazada alış-veriş edirəmsə, hər hansı bir qadın mənə yaxınlaşıb deyir ki, siz mənim həyatımı oynayırsınız. Baş rol ifaçısı Kəmalə xanıma da belə fikirlər səsləndirirlər. Deməli, bu gün bizim cəmiyyətdə qadınlarımız kişilər tərəfindən xəyanətə uğrayır”.   

Aktisa hesab edir ki, kişilər anadan xəyanətkar doğulur:

“Amma burada ailənin darmadağın olması, övladların aldığı travmalar, o travmalardan yaşanan fəsadlar - bunlar hamısı cəmiyyətə göstərilir ki, siz (kişiləri nəzərdə tutur) bunu etməyin. O xəyanətdən sonra ailələrdə faciə baş verir. Düzdür, sosial şəbəkələrdə yazırlar ki, belə serialları göstərmək olmaz, o detallar cəmiyyəti korlayır.  Xeyr, belə deyil. Baxır bu hadisəyə hansı yöndən yanaşmaq lazımdır. Ona görə də serialda cəmiyyətə elə mesajlar ötürülür ki, ailələrdə gizlədilən məqamlar əvvəl-axır öz fəsadlarını verir”.

Zülfiyyə xanımın fikrincə, serialda örnək olası detallar çoxdur.

Xatırladaq ki, əslən Laçın rayonundan olan Zülfiyə Eldarqızı 1972-ci il iyunun 20-də Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər 20 saylı orta məktəbini bitirib. 1989-1994-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.

Uzun müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyib. 2001-ci ildə ADMİU-nun kinoşünaslıq kafedrasında çap olunan "Azərbaycan kino tarixi oçerkləri" dərs vəsaitinin həmmüəlliflərindən biridir. 2008-ci ildə “Anarın bədii əsərlərinin ekran təcəssümü” adlı dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru adı alıb.

Azərbaycan mətbuatında 100-dən çox elmi-publisistik, tənqidi yazıları çap olunub. Hal-hazırda Azərbaycan kino tarixini araşdırır, Azərbaycan Milli Konservatoriyasında pedoqoji fəaliyyətlə məşğul olur.
Respublikada və xarici ölkələrdə keçirilən tədbirlərdə bədii qiraətçi və kinoşünas kimi də iştirak edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO