Ölkə ərazisində hava ilə bağlı “sarı” və “narıncı” XƏBƏRDARLIQ EDİLDİ - FOTO

Ölkə ərazisində hava ilə bağlı “sarı” və “narıncı” XƏBƏRDARLIQ EDİLDİ - FOTO

Hazırda oxunan: Ölkə ərazisində hava ilə bağlı “sarı” və “narıncı” XƏBƏRDARLIQ EDİLDİ - FOTO

194941

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti iyunun 1-də ölkə ərazisində gözlənilən küləyin sürəti ilə bağlı “sarı” və “narıncı” xəbərdarlıq edib.

Bizim.Media  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, “sarı” xəbərdarlıq Ağstafa, Qazax, Tovuz, Şəmkir, Samux, Gəncə, Gədəbəy, Daşkəsən, Göygöl, Tərtər, Ağdərə, Ağdam, Xankəndi, Şuşa, Xocavənd, Cəbrayıl, Zəngilan, Naxçıvan Muxtar Respublikası, Şahbuz, Ordubad, Culfa, Şərur, Babək, Sədərək, Kəngərli, Xaçmaz, Şabran, Siyəzən, Şamaxı, Xızı, Qobustanı əhatə edib. Həmin ərazilərdə küləyin sürəti saniyədə 13,9-20,7 metr arasında dəyişəcək.

Mingəçevir, Yevlax, Bərdə, Bakı, Sumqayıt, Abşeron, Hacıqabul, Neftçala isə “narıncı” xəbərdarlıq zonasına daxil edilib. Burada küləyin sürəti saniyədə 20,8-28,4 metrə qədər güclənəcək.

Qeyd edək ki, “Rəng xəbərdarlıq sistemi”ndə “sarı” xəbərdarlıq 7-8 balla qiymətləndirilir. “Sarı” xəbərdarlıq ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka orta risk deməkdir. 9-10 balla qiymətləndirilən “narıncı” xəbərdarlıq isə ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka yüksək risk olduğunun göstəricisidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO