Oğuzda narkotikin təsiri altında avtomobil idarə edən sürücülər SAXLANILDI 

Oğuzda narkotikin təsiri altında avtomobil idarə edən sürücülər SAXLANILDI 

Hazırda oxunan: Oğuzda narkotikin təsiri altında avtomobil idarə edən sürücülər SAXLANILDI 

194623

Oğuzda narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb. 

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücülər müəyyən olunub. 

S.Mustafayev, C.Həmzəyev, F.Qasımov və E.Bəşirov idarə etdikləri avtomobillərlə yol-hərəkəti qaydalarını pozduqları üçün polis əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıblar.

Yoxlamalar zamanı onların narkotik vasitənin təsiri altında olmalarına dair şübhələr olduğundan müayinədən keçiriliblər. Müayinənin də nəticəsinə əsasən həmin şəxslərin narkotik vasitədən istifadə etdikləri məlum olub. 
İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbir görülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO