Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında 28 May Müstəqillik Gününə həsr olunan, Məhəmməd Əmin Rəsulzadə - 140 adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb və Məhəmməd Əmin Rəsulzadənin “Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan” şüarı ilə açıq elan edilib.
Bizim.Media xəbər verir ki, tədbirdə Mübariz Ağalarlı, Solmaz Tohidi, Nəsiman Yaqublu, Vüqar Əhməd çıxış ediblər.
MÖVZU İLƏ BAĞLI:
Rəşad Məcid: “Bakıda keçirilən kitab festivalı mühüm hadisədir” - FOTO
Tədbirdə Cümhuriyyət tədqiqatçıları, alimləri, Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətini tədqiq edən elm adamları iştirak ediblər. Çıxışçılar Məhəmməd Əmin Rəsulzadənin milli ruhun oyanışındakı rolundan bəhs ediblər.
Xatırladaq ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
Festival mayın 31-dək davam edəcək.
Bizim.Media