Zaqataladakı dəhşətli qətlin TƏFƏRRÜATI açıqlandı

Zaqataladakı dəhşətli qətlin TƏFƏRRÜATI açıqlandı

Hazırda oxunan: Zaqataladakı dəhşətli qətlin TƏFƏRRÜATI açıqlandı

194450

Zaqatalada baş verən dəhşətli qətl bəzi təfərrüatı açıqlanıb. Belə ki, atalarının növbəti il mərasiminə yığışan ailə üzvləri arasında mübahisə yaranıb. Qətlin qurbanı isə günahsız bacıları olub.

Bizim.Media-nın yerli bürosu adının çəkilməsini istəməyən mənbələrə istinadən bildirir ki, hadisə baş verən axşam Əsgərovlar ailəsi bir araya gələrək atalarının növbəti ildönümünü qeyd edirmiş.  
 

MÖVZU İLƏ BAĞLI:

 Zaqatalada DƏHŞƏT: Qardaş bacısını güllələyib


Bu zaman qardaşlar arasında mübahisə yaranıb və bacıları 44 yaşlı Natavan Əhmədova onları sakitləşdirməyə cəhd edib. Lakin qardaşlar arasında mübahisə getdikcə qızışıb və nəticədə 35 yaşlı Nurlan Əsgərov odlu silahla qardaşının üstünə hücum çəkib. Bu zaman təkrarən bacısı Natavan araya girib. Nəticədə odlu silahdan açılan atəş bacıya dəyib və o, xəstəxanaya aparılarkən yolda keçinib. 

Mənbələr onu da bildirir ki, qətlə yetirilən Natavan Əhmədova ixtisasca müəlim olub və işlədiyi təhsil ocağında böyük hörmət sahibi imiş.

Hadisəni törədən Nurlan Əsgərov gecə ikən saxlanılıb. 

Faktla bağlı Zaqatala Rayon prokurorluğunda cinayət işi başlanılıb. araşdırmalar davam etdirilir. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO