Dövlət Xidməti çimərlik mövsümünə hazırlaşır - RƏSMİ AÇIQLAMA

Dövlət Xidməti çimərlik mövsümünə hazırlaşır - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Dövlət Xidməti çimərlik mövsümünə hazırlaşır - RƏSMİ AÇIQLAMA

194113

“Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ölkə ərazisində ümumilikdə 37 su ərazisində xilasetmə məntəqəsi fəaliyyət göstərir”.

Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili bildirib.

İnsanların sulardakı təhlükəsizliyinin daha səmərəli təşkili üçün vakant matros-xilasedici vəzifələrinə müsabiqə elan olunduğunu qeyd edən Xidmət rəsmisi müsabiqə üçün lazımi tələblərdən də danışıb:

“Kişilər üçün nəzərdə tutulan müsabiqədə 18-40 yaşlarında, Azərbaycan dilini sərbəst bilən, fiziki cəhətdən sağlam, müddətli hərbi xidmət keçmiş, sözügedən peşənin tələblərinə uyğun hazırlığı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər”.

O qeyd edib ki, çimərlik mövsümünə hazırlıqla əlaqədar olaraq Dövlət Xidməti tərəfindən aidiyyəti zəruri təhlükəsizlik tədbirləri görülür:

“Belə ki, aprel ayından etibarən rayon icra hakimiyyətlərinin məsul əməkdaşlarının iştirakı ilə sahilboyu ərazilərdə monitorinqlər aparılır. Monitorinqlərin keçirilməsində əsas məqsəd təhlükəli və istifadəyə yararsız çimərlik ərazilərinin müəyyən edilməsidir. Həmçinin monitorinqlər zamanı çimərlik operatorlarına təhlükəsizlik qaydaları barəsində bildirişlər təqdim edilir. 

Əlavə olaraq, monitorinqlərin nəticəsi ilə bağlı yerli icra hakimiyyətlərində müşavirələr keçirilir və təhlükəli, istifadəyə yararsız çimərliklərdən əhalinin istifadə etməməsi üçün müvafiq tədbirlərin görülməsinə dair müzakirələr aparılır”.

Qeyd edək ki, Azərbaycanda çimərlik mövsümü adətən iyunun ortasında açıq elan edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO