Bu gün Dənizkənarı Milli Parkda bədbəxt hadisə baş verib.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, Bakı bulvarında elektron skuterdən istifadə edən qız yıxılaraq baş nahiyəsindən ağır xəsarət alıb.
Xəsarət nəticəsində başından xeyli qan itirib. Hadisə yerinə ətrafdakı vətəndaşların çağırdığı təcili tibbi yardım maşını gəlib.
Lakin Dənizkənarı Bulvar İdarəsi nümayəndələrindən heç kəs hadisə yerində görünməyib. Baxmayaraq ki, bulvarda skuterdən istifadə qadağan edilib.
Bizim.Media