Azərbaycanda oğrular vətəndaşa saf olduğuna görə təşəkkür etdi

Azərbaycanda oğrular vətəndaşa saf olduğuna görə təşəkkür etdi

Hazırda oxunan: Azərbaycanda oğrular vətəndaşa saf olduğuna görə təşəkkür etdi

193982

Daha bir kiberoğurluq halı baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

“Bir fakt üzrə zərər 21 000 manat təşkil edib. Evini elan saytında satışa qoyan vətəndaşa Qazaxıstan nömrəsi ilə zəng gəlir və naməlum şəxs evi almaq istədiyini bildirir və bir gün ərzində onunla danışıqlar, müzakirələr aparırlar.

Nəhayət razılaşır və evi satana təklif edilir ki, beh ödəmək üçün bank kartı məlumatlarını verin. Ev satanı telefonda danışdıra-danışdıra 16 rəqəmdən əlavə digər məlumatları əldə etməklə bank kartında olan pulu oğurlayıblar.
Vətəndaşa saf olduğuna görə təşəkkür edib telefonu qapadıblar”, - DİN rəsmisi əlavə edib.

Polis əməkdaşlarının əhalinin kibermaarifləndirməsi istiqamətində tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO