Azərbaycanda hotellərə ulduz dərəcəsi hansı meyarlara görə VERİLİR? – AÇIQLAMA 

Azərbaycanda hotellərə ulduz dərəcəsi hansı meyarlara görə VERİLİR? – AÇIQLAMA 

Hazırda oxunan: Azərbaycanda hotellərə ulduz dərəcəsi hansı meyarlara görə VERİLİR? – AÇIQLAMA 

193868

“Turizm haqqında” qanuna görə, ölkə ərazisində fəaliyyət göstərən hər bir mehmanxana (hotel) fəaliyyətə başladığı tarixdən 6 ay ərzində ulduz kateqoriyası əldə etməlidir.

Bunun üçün müəyyən meyarlar nəzərdə tutulub.

Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova jurnalistlərə açıqlamasında 200-ə yaxın hotelin təsnifatdan keçirilərək ulduz dərəcəsi aldığını deyib. Qurum nümayəndəsi 40-a yaxın hotelin təsnifatdan keçə bilmədiyi və nöqsanları aradan qaldırmaq üçün vaxt verildiyini qeyd edib.

Bəzi ölkələrdə hotelin xidmət səviyyəsi fərqli simvollarla göstərilir. Böyük Britaniyada hotellərdə xidməti taclarla, Hindistanda ballarla qiymətləndirilir.  Bizdə isə ulduzun sayı hotelin xidmət səviyyəsinin göstəricisidir. Bəzən isə hotelin ulduzlarının göstərilən xidmət və keyfiyyətlə uyğunlaşmadığını deyirlər.

Ümumiyyətlə, hotellərə ulduz dərəcəsi hansı meyarlara görə verilir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan turizm məsələləri üzrə ekspert Ceyhun Aşırov deyib ki, burada 300-ə yaxın meyar var:

“Təsnifatlaşdırma məsələsi Azərbaycan Hotellər Assosiasiyasına həvalə olunub. Orada bir komissiya yaradılır və hotellərə baxış keçirilir. Orada 300-ə yaxın meyar var, yataqların, çarşafların təmizliyi, otaqların genişliyi, otelin özünün mövcud şəraiti, personal, hotellərdəki imkanlar nəzərə alınır. Ulduza görə kriteriyaların uyğunluğuna baxılır. Binanın özünə görə ayrı, xidmətə görə ayrı qiymətləndirmə var. Ümumi olaraq bir qiymətləndirmə çıxarılır. Hotelə rəy barədə məlumat verilir. Bu nöqsanlar aradan qaldırılarsa, təkrar baxış keçirilə bilər. Proses bu şəkildə həyata keçirilir”.

Ekspert bildirib ki, ulduz dərəcələrinin verilməsi prosesi sürətli aparılır:

“Azərbaycanda 750-ə yaxın hotel var və bu prosesi tezləşdirmək istəyirlər. Meyarlar kifayət qədər sərtdir, komissiyanın işi çətindir. “Turizm haqqında” yeni qanuna əsasən hotellər hamısı təsnifatlandırmadan keçməlidir. Sağlam rəqabət mühitinin qorunması üçün yaxşı bir addımdır”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO