Zaqataladakı kütləvi zəhərlənmə ilə bağlı analizlərin nəticələri AÇIQLANDI 

Zaqataladakı kütləvi zəhərlənmə ilə bağlı analizlərin nəticələri AÇIQLANDI 

Hazırda oxunan: Zaqataladakı kütləvi zəhərlənmə ilə bağlı analizlərin nəticələri AÇIQLANDI 

193854

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mayın 7-də Zaqatala rayonunda baş verən zəhərlənmə hadisəsi ilə bağlı laborator analizlərin yekun nəticəsini açıqlayıb. 

AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, laboratoriyanın yekun sınaq protokoluna əsasən, müayinəsi aparılan bişmiş toyuq əti dönəri, qida ilə təmasda olan alət və səthlərin yaxma nümunələrində (Staphylococcus aureus, Clostridium perfringens, B.cereus və E.coli) bakteriyalar aşkarlanıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Dönərdən kütləvi zəhərlənmə bu səbəbdən baş verib - Rəsmi AÇIQLAMA/VİDEO  


Qeyd olunub ki, hadisənin sanitar-gigiyenik rejimin pozulması nəticəsində məhsulların ikincili bakterial çirklənməsi səbəbindən baş verdiyi təsdiqlənib. 

Xatırladaq ki, mayın 7-si saat 17:40-dan başlayaraq zəhərlənmə şübhəsilə 34 nəfər (21 qadın, 13 kişi olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olmuşdu. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO