III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının ilk günündən YADDA QALANLAR – FOTOREPORTAJ 

III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının ilk günündən YADDA QALANLAR – FOTOREPORTAJ 

Hazırda oxunan: III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının ilk günündən YADDA QALANLAR – FOTOREPORTAJ 

193849

Bu gündən Bakıda III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına start verilib. Bu məqsədlə festivalın açılış mərasimi baş tutub.  

Tədbirin ilk günündə bir sıra yazarlar öz imzalı kitablarını oxuculara təqdim ediblər. Oxucuların festivala yüksək marağı müşahidə olunub. 

Qeyd edək ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Anar Rzayev: “Yazıçılıq tənhalıq peşəsidir” - FOTO


AMEA-nın parkında (Hüseyn Cavid prospekti) səkkiz gün davam edəcək festivalın hər günü bir ölkəyə – Azərbaycan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinə həsr olunacaq.

Məlumat üçün onu bildirək ki, festivalda türksoylu ölkələrdən tanınmış alimlərin, qələm adamlarının, naşirlərin dəvət edildiyi festivalda şeir saatları, müzakirələr, kitab təqdimatları, elmi konfranslar, konsert proqramları ilə yanaşı, görkəmli ədiblərin yubileylərinə həsr olunan tədbirlər də təşkil olunacaq.

Eyni zamanda müxtəlif nəşriyyatların yeni nəşrləri və tətbiqi sənət üzrə əl işlərindən ibarət sərgisi də təqdim ediləcək.






























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO