Azərbaycan əhalisinin 69.4%-i yerli idarəetmə sistemində islahatların aparılmasını dəstəklədiyini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
İdeal evlilik yaşı neçə olmalıdır? – Paytaxt sakinləri arasında VİDEOSORĞU
Məlumatda deyilir ki, ötən dövrdə aparılmış institusional islahatlar nəticəsində mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyəti inzibati ərazi vahidləri ilə hüdudlaşan yerli bölmələri regional miqyasda yenidən təşkil edilib.
Sözügedən orqanlar tərəfindən yerli xidmətlərin regional mərkəz, bölmə, yaxud filiallardan göstərilməsi yerli icra hakimiyyəti sistemində islahatlarla bağlı daim ictimai müzakirələr yaradıb.
Sosial Tədqiqatlar Mərkəzi buradan irəli gələrək, növbəti islahatlarla bağlı ictimai mövqeyi öyrənmək məqsədilə sorğular keçirib.
Nəticələrə əsasən, sorğuda iştirak edənlərin 69.4%-i yerli idarəetmə sistemində islahatların aparılmasını dəstəklədiyini bildirib. 23.9%-i islahatlara ehtiyac görmədiyini ifadə edib. Respondentlərin 7.7%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.
Surxay Atakişiyev, Bizim.Media