“Balaəli niyə dekan olmasın ki?!” – Fazil Mustafa

“Balaəli niyə dekan olmasın ki?!” – Fazil Mustafa

Hazırda oxunan: “Balaəli niyə dekan olmasın ki?!” – Fazil Mustafa

193789

Xəbər verdiyimiz kimi, meyxanaçı Balaəli bu günlərdə qonağı olduğu "Xəbər-ətər" proqramında orta məktəbi bitirsə də, ali təhsil ala bilmədiyini deyib:

"Təhsilsizəm, amma hansı universitetə getsəm, dekan işləyərəm"

Təbii ki, meyxanaçının bu sözləri birmənalı qarşılanmayıb.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Fazil Mustafa bildirib ki, əslində bu bir insani istəkdir:

“Bu istək də cəmiyyətimizdəki reallıqlara dayanır. Reallıqsa odur ki, minlərlə insan elmi, savadı olmadan belə diplom, elmi dərəcə ala bilir. Belə bir reallıqda Baləli niyə dekan olmasın?! Etiraf edək ki, ali məktəblərdə savadlı insanlar, elm adamları da var. Bununla paralel onlarla eyni cərgədə dayanan çox sayda savadsız insanlar da var. 

Təəssüf ki, savadsız insanların da bir qismi həm dekandır, həm kafedra müdiridir, həm də uzun illərin “pedaqoqu”dur.  Baləli də bunlara baxıb o iştaha düşüb. Axı, bizdə çox zaman insanlar qabiliyyətinə görə nəsə istəmir ki... Hamı ənənəyə görə, ətrafda baş verənlərə görə, gerçəkliyi görüb  nəsə istəyir.  

Kimsə öz ixtisası üzrə çalışmağı düşünmür. Düşünür ki, sıradan biri o statusa sahib çıxıbsa, deməli mən də onun kimi işləyə bilərəm. Ona görə də bu fikirlərinə görə Balaəlini qınamaq doğru olmaz. Baxır və özünü harasa layiq bilir. Nə olar ki, meyxanaçı olanda. Yəqin o fikirləşir ki, dekan kimi daha faydalı ola bilər”. 

Millət vəkili təəssüflə qeyd edib ki, o qədər dekanlarımız, alimlərimiz var ki, elm sferasında bir dənə də olsun fikrinə rast gəlməmişik:

“Ona görə də belə vəziyyətdə Balaəlini yox, mühitimizi qınamaq lazımdır. O mühiti ki, insanlar orada özünə qabiliyyətindən daha artığını istəyir. Bu da guya bəzi hallarda qıcıq doğurur. Niyə qıcıq doğursun axı?!  Ali məktəblərdə azmı balaəlilər var?! Və yaxud da ki, cəmiyyətimizdə üzdə olanların arasında Balaəli səviyyəsində olanlar azdımı?! 
Ona görə də bu fikirlərə görə Balaəlini qınamaq doğru olmaz. Nə qədər ki, cəmiyyətimizdə insanlar qabiliyyətinə görə müəyyən bir mövqeyə gəlib çatmayırsa, bir o qədər də “balaəlilər” söz və mənsəb sahibi olacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO