“2026-cı ilin sonuna kimi 12 mindən çox insanı Laçına qaytarmaq niyyətindəyik”.
Bizim.Media xəbər verir ki, bunu Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Laçında Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelərin iştirakı ilə COP29-la əlaqədar təqdimat mərasimində çıxışı zamanı deyib.
"2022-ci ilin sentyabrından Laçında 700-dən çox ev və yaşayış kompleksi yenidən qurulub. Biz fəxr edirik ki, işğal zamanı xarabalığa çevrilmiş Laçın Azərbaycanın gözəl guşələrindən birinə çevrilib.
Bir il əvvəl ilk keçmiş məcburi köçkünlər vətənə qayıtdılar. Onları şəxsən cənab Prezident İlham Əliyev qarşıladı və yeni evlərinin açarlarını təqdim etdi.
Artıq 730 ailə, 2766 nəfərdən çox insan Laçın rayonuna qayıdıb. Qısa müddətdə Laçın şəhəri, Zabux və Sus kəndləri yenidən qurularaq azərbaycanlı keçmiş məcburi köçkünlərin ixtiyarına verildi. Burada insanların rahat yaşaması üçün hər cür şərait yaradılıb", - o qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:21 / 24.05.2024
2026-cı ilin sonuna kimi Laçına 12 mindən çox insan KÖÇÜRÜLƏCƏK
Hazırda oxunan: 2026-cı ilin sonuna kimi Laçına 12 mindən çox insan KÖÇÜRÜLƏCƏK
Hazırda oxunan: 2026-cı ilin sonuna kimi Laçına 12 mindən çox insan KÖÇÜRÜLƏCƏK
193787
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.