Samir Şərifovdan inflyasiya ilə bağlı AÇIQLAMA

Samir Şərifovdan inflyasiya ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Samir Şərifovdan inflyasiya ilə bağlı AÇIQLAMA

193641

Azərbaycan Prezidentinin uğurlu siyasəti sayəsində qlobal geosiyasi çağırışlara rəğmən ötən il Azərbaycanda makroiqtisadi sabitlik və fiskal dayanaqlıq əldə edilib.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, Azərbaycan hökuməti tərəfindən atılan addımlar sayəsində ötən il orta illik inflyasiya birrəqəmli həddə düşüb.

“Uğurlu antiinflyasiya tədbirləri cari ildə də davam etməkdədir. İlk dörd ayda illik inflyasiya aşağı olmaqda davam edir. Ötən il Azərbaycanda ÜDM-in artımı qeydə alınıb və bu artımın hamısı qeyri-neft sektorunun hesabına olub”, - deyə nazir əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO